AZ

Ölkədən xaricə turist axını artıb

BAKI, 3 aprel. TELEQRAF

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,8 faiz artaraq 298,7 min nəfər olub.

Teleqraf Dövlət Statikstika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 37,4 faizi Türkiyəyə (əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1 faiz çox), 15,2 faizi Rusiya Federasiyasına (2,8 faiz az), 12,5 faizi İrana (17,7 faiz çox), 9,9 faizi Gürcüstana (12,2 faiz az), 25,0 faizi isə digər ölkələrə (0,1 faiz az) getmişdir. Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil etmişdir.

2026-cı ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 30,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Seçilən
27
2
teleqraf.com

3Mənbələr