AZ

“Əfqanıstan və Pakistan arasında sülh dialoqu davamlı şəkildə irəliləyir” - Çin XİN

Çin Əfqanıstan və Pakistan arasındakı gərginliyin aradan qaldırılmasında fəal şəkildə vasitəçilik edir və birgə məsləhətləşmələr prosesi durmadan irəliləyir.

Redaktor.az xəbər verir ki, bubarədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib.

Diplomat vurğulayıb ki, "Çin danışıqları ardıcıl olaraq müsbət şəkildə təşviq edir, dialoq üçün şərait yaratmaq və platforma təmin etmək məqsədilə hər iki tərəflə çoxsaylı kanallar və müxtəlif səviyyələrdə sıx əlaqə saxlayır. Pakistan və Əfqanıstan bu vasitəçiliyi qiymətləndirir və alqışlayır, danışıqlar masasına qayıtmağa hazırdır və bu, müsbət bir inkişafdır".

Onun sözlərinə görə, tərəflər prosesin konkret iş formatları və mediada işıqlandırılması ilə bağlı konsensus və razılaşmalar əldə ediblər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr