AZ

Cahangir Fərəcullayev: ASCO Arena mayda təmirə bağlanacaq

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"ASCO Arena" mayda təmirə bağlanacaq". Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli assosiasiyanın Hesabat Konfransında deyib.

O, idman obyektinin yalnız uşaq və yeniyetmələrin istifadəsinə veriləcəyini diqqətə çatdırıb:

"Həmçinin "Karvan Yevlax"ın stadionu müasir standartlara uyğunlaşdırılacaq".

O bildirib ki, yerli futbolçuların rəqabət şəraitində keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır. Baş katibin sözlərinə görə, yerli futbolçulara şans verən klublar üçün xüsusi təşviq proqramı yaradılıb:

​"Legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox meydan verən klublar arasında bölünəcək. Bu il həmin məbləğ təxminən 2 milyon manat təşkil edir".

​C.Fərəcullayev hakimlik sahəsindəki struktur dəyişikliklərinə də aydınlıq gətirib. O, Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənova mühüm tapşırıqlar verildiyini və inzibati işlərdə obyektivlik prinsipinin əsas götürüləcəyini vurğulayıb.

​İnfrastruktur məsələlərinə də toxunan baş katib qeyd edib ki, dövlət proqramı çərçivəsində növbəti mövsümün əvvəlinə kimi Ağsu stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionunun kompleksində uşaq futbolu üçün mərkəz təsis ediləcək və maydan etibarən orada təmir işlərinə başlanılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
sport24.az

6Mənbələr