AZ

Pezeşkianın Bakıya zəngi: Azərbaycan ABŞ ilə İran arasında vasitəçi ola bilər...

ain.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

"İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür. Azərbaycan İran böhranın həllində vasitəçi ola bilər".

Sitat.info xəbər verir ki, bu fikri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, bu münaqişədə Azərbaycanın vasitəçilik etməsi mümkündür: "İran prezidenti M. Pezeşkian dövlət başçısı İlham Əliyevə zəng edərək humanitar yardıma görə təşəkkür edib. Bundan əvvəldə prezidentlər arasında bu kontekstdə telefon danışığı olub. Amma, bu telefon zəngi cənab M. Pezeşkianın prezident cənab İlham Əliyevdən vasitəçilik missiyasını istəməsi istisna deyil. Cənab İlham Əliyevin D. Tramp və B. Netanyahu ilə normal əlaqələrə malikdir. 

Azərbaycan İran məsələsində neytral mövqe tutub. Müharibənin əleyhinədir və problemin diplomatik danışıqlarla aparılmasını daima qeyd edir".

M.Əsədullazadə vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə vasitəçilik təcrübəsi var: "Azərbaycan İran və İsrail arasında vasitəçi ola bilər. Məhz M. Pezeşkianın prezidentə telefon zənginin bu xüsusda olması mümkündür. Çünki Azərbaycan İsrail və Türkiyə, həmçinin İsrail-Suriya arasında görüşlərə ev sahibliyi edib. Azərbaycan regionda etibarlı tərəfdaş və bütün ölkələrlə qarşılıqlı siyasi əlaqələrin inkişafında maraqlıdır. Məhz Cənubi Qafqazda Azərbaycanın sülh quruculuğu və bu vasitəçilik missiyası digər münaqişələrin həllində öz təcrübəsini tətbiq edə bilər".

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
sitat.info

3Mənbələr