AZ

Keçmiş arvadı Mustafa Sandala qarşı məhkəməni uddu

Mustafa Sandalla keçmiş arvadı Emina Yahoviç arasında uzun müddətdir davam edən məhkəmə prosesi başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, Emina boşanma protokolunun şərtlərinin yerinə yetirilmədiyini əsas gətirərək ərinə qarşı milyonluq iddia qaldırıb. 

Razılaşmaya əsasən, Serbiyada onun üçün ev alınmalı olduğu halda bu öhdəlik icra edilməyib.

İstanbul Ailə Məhkəməsi işi araşdırdıqdan sonra Emina Yahoviçin tələbini haqlı hesab edib. Qərara əsasən, Mustafa Sandal boşanma protokolunda göstərilən şərtə uyğun olaraq Serbiyada ev almaq öhdəliyini yerinə yetirməlidir.

Cütlük 2018-ci ildə razılaşma yolu ilə boşanıb. Protokola əsasən, Beykozda yerləşən ev satılmalı, əldə edilən məbləğin bir hissəsi Yahoviçə ödənilməli, həmçinin uşaqların təhsili üçün ayrıca vəsait ayrılmalı idi. Bundan əlavə, sənədə görə Serbiyada daşınmaz əmlak alınması da öhdəliklər sırasında yer alıb.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr