Məşhur model Gigi Hadid İtaliyanın "Miu Miu" markası üçün pariklə fotosessiyaya çəkilib və sosial şəbəkələrdə tənqid olunub.
Ölkə.az xəbər verir ki, şəkillər onun instaqram səhifəsində paylaşılıb.
30 yaşlı model yayımlanan kadrlarda qısa, açıq rəngli saçlı obrazda görünüb. O, ağ yaxalı polo və tünd göy ətəkdən ibarət geyim, həmçinin qəhvəyi sviter və sarı ətək kombinləri ilə pozalar verib.
Lakin izləyicilər modelin yeni imicini bəyənməyib və paylaşıma şərhlərdə onu tənqid ediblər. “Qısa saç sənə heç yaraşmır”, “Yenə bu qəribə saç düzümü”, “Bu fotolarda qardaşın nə edir?”, “Kənd məktəbi müəlliməsi kimi görünür”, “Sovet üslubu”, “Düzünü desəm, bu saç çox çirkindir” kimi rəylər yazılıb.
Həmidə İbrahimova