Rusiyanın Ulyanovsk vilayətində Moskvadan Çelyabinskə gedən sərnişin qatarı relsdən çıxıb.
XQ xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qatarın yeddi vaqonunun relsdən çıxdığı bildirilib. Qatarda ümumilikdə 15 vaqon və təxminən 415 sərnişin olub.
Hadisə nəticəsində 22 nəfər yaralanıb.