AZ

Çelyabinsk-Moskva sərnişin qatarı relsdən çıxıb - Çoxlu sayda xəsarət alan var

Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk - Moskva sərnişin qatarının yeddi vaqonu relsdən çıxıb.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları ASC məlumat yayıb.

Məlumata görə, təcili yardım hadisəsi Moskva vaxtı ilə səhər saat 6:26-da (Bakı vaxtı ilə 7:26) Bryandino stansiyası yaxınlığında baş verib. Bir uşaq da daxil olmaqla ən azı 22 nəfər yaralanıb. Digər iki nəfərin ayaqları sınıb. Ölənlər barədə ilkin məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım briqadaları və təcili yardım maşınları göndərilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
40
50
missiya.az

10Mənbələr