AZ

Rusiya Ermənistanı RƏDD ETDİ: Paşinyanın bu cəhdi niyə alınmadı?

Ermənistan rəsmilərinin Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə əlaqə yaratmaq cəhdləri uğursuz olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, fevral ayında Moskvaya səfəri zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan Kiriyenko ilə görüşməyə çalışsa da, ona rədd cavabı verilib.

Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan hökumət aparatının rəhbəri Araik Arutyunyanın Kiriyenko ilə görüşünü təşkil etməyə cəhd göstərib. Lakin nəşrin yazdığına görə, bu görüş də baş tutmayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
24
1
konkret.az

2Mənbələr