AZ

Hörmüz boğazı İranın yeni qaydalarına əməl edənlər üçün açıq olacaq

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp rejim dəyişikliyi ilə bağlı arzusunu reallaşdırıb, lakin bu, İranda deyil Hörmüz bölgəsində baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bildirib.

Əzizi qeyd edib ki, Trampın addımları regionun “dəniz rejimini” dəyişməyə yönəlib. Onun sözlərinə görə, Hörmüz boğazı açıq qalacaq, lakin bu, hər kəs üçün deyil.

“Tramp nəhayət rejim dəyişikliyi arzusunu həyata keçirdi — amma bu, regionun dəniz rejimi ilə bağlıdır. Hörmüz boğazı əlbəttə açıq olacaq, lakin sizin üçün yox: o, İranın yeni qaydalarına əməl edənlər üçün açıq olacaq”, – deyə o vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
redaktor.az

2Mənbələr