AZ

"Fatehin"nin komandiri öldürülüb

ABŞ-İsrailin İrana hücumları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Fatehin" birliyinin komandiri Məhəmməd Əli Fəthali Zadə ölüb.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyası Fəthali Zadənin dünən həyatını itirdiyini bildirib.

İranlı komandirin harada öldürüldüyü ilə bağlı hər hansı bir açıqlama verilməyib.

Digər tərəfdən, səhər saatlarında İranda Qum-Tehran magistral yolunda bir nöqtənin vurulduğu qeyd edilib.

"Mehr" xəbər agentliyinin məlumatına görə, Qum valisinin müavini Murtuza Heydəri mövzu ilə bağlı məlumat verib. O, "Qum-Tehran magistral yolunda bir nöqtə ABŞ-İsrail hücumlarının hədəfi olub", - deyib. 

İranlı rəsmi hadisə nəticəsində yaranan can və mal itkisi barədə açıqlama verməyib.

Seçilən
28
cebheinfo.az

1Mənbələr