AZ

11 rayonda su ilə bağlı problem həll olacaq - YENİ LAYİHƏ

Azərbaycanda bir sıra rayonların kənd və qəsəbələrində su təchizatının yaxşılaşdırılması istiqamətində yeni addım atılacaq.

BAKU.WS-in məlumatına görə, Regional Su Meliorasiya Xidməti bu məqsədlə layihə-smeta sənədləri hazırlayacaq.

Məlumata görə, layihə Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl və İsmayıllı rayonlarını ərazilərini əhatə edəcək.

Əvvəlcə həmin rayonların müxtəlif kəndlərində içməli su şəbəkələrinin qurulması üçün ilkin texniki sənədlər hazırlanacaq. Sənədlər hazır olduqdan sonra tikinti işlərinə start veriləcək.

İlkin mərhələdə layihə-smeta sənədləri hazırlanacaq kəndlər arasında Ağstafanın Yenigün, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpoud və Sabirabadın Cavad kəndləri də yer alır. Hacıqabul rayonunda isə bir neçə kənd bu siyahıya daxildir.

Bu təşəbbüs regionlarda içməli su probleminin mərhələli şəkildə həllinə yönəlib. Layihə sənədlərinin hazırlanması gələcəkdə həmin kəndlərdə müasir və dayanıqlı su təchizatı sistemlərinin qurulmasına zəmin yaradacaq.

Seçilən
12
far.az

1Mənbələr