AZ

ABŞ Ordusunun generalları vəzifədən alınır - Pentaqonda nələr vaş verir?

Pentaqon ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasını elan edib.

Musavat.com xəbər verir ki, məlumatı müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell açıqlayıb:  "Corc ABŞ Ordusunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən istefa verir".

Parnell bu qərarın "dərhal qüvvəyə mindiyini" bildirib. O, həmçinin generalın istefa verdiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə naziri Pit Heqsetin Corcdan "dərhal vəzifəsindən istefa verməsini" istədiyinə dair məlumat yayıb. Kanalın mənbələrinə görə, Heqset bu vəzifədə ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbəri tərəfindən təklif edilən "ordunun inkişafı vizyonunu həyata keçirəcək birini görmək istəyir".

Bildirilir ki, ABŞ Ordusunun Baş Qərargah rəisi vəzifəsinə namizədlərdən biri çox güman ki, general Kristofer Lanivdir. O, Corcun müavini vəzifəsində çalışıb və eyni zamanda Heqsetin keçmiş köməkçisi olub.

"Washington Post" qəzeti isə mənbələrə istinadən xəbər verir ki, Pentaqon rəhbərliyi təkcə ABŞ Ordusunun Baş Qərargah rəisini deyil, həm də iki yüksək rütbəli generalı vəzifələrindən uzaqlaşdırıb. Qəzet yazır ki, bunlar oktyabr ayında Ordunun Təlim və Transformasiya Komandanlığını öz üzərinə götürən general Devid Hodne və Ordunun baş keşişi general-mayor Uilyam Qrindir.

2025-ci ilin yanvar ayında vəzifəyə başlayandan bəri Heqset bir neçə generalın, o cümlədən Birləşmiş Qərargah Rəislərinin keçmiş sədri Çarlz Braunun vəzifədən azad olunmasını əmr edib. 2025-ci ilin aprel ayında Pentaqonun keçmiş mətbuat katibi Con Elliott Politico jurnalında dərc olunmuş məqaləsində nazirliyin qismən işdən çıxarılmalardan qaynaqlanan "tam xaos" içində olduğunu iddia edib.

Musavat.com

Seçilən
20
37
musavat.com

10Mənbələr