AZ

Baltikdəki əsas Rusiya limanı dron hücumları səbəbindən anbarlarının 40 faizini itirib

Rusiyanın əsas neft ixrac limanlarından biri olan Primorsk Ukrayna dronlarının hücumları nəticəsində anbar gücünün azı 40%-ni itirib. Bu isə Rusiya neftinin yüklənməsi həcminin azalmasına səbəb ola bilər...

Poliqon xəbər verir ki, bu barədə Reuters ABŞ kommersiya peyklərinin görüntülərinə istinadən məlumat yayıb.

Martın sonlarında çəkilmiş peyk görüntüləri göstərir ki, hər birinin həcmi 50 000 kubmetr olan azı səkkiz rezervuar zədələnib.

"Treyderlərin hesablamalarına görə, bu, limanın ümumi anbar gücünün ən azı 40%-ni təşkil edir və nəticədə neft yüklənməsi də eyni həcmdə azala bilər", deyə məlumatda qeyd olunur.

Reuters-un mənbələri bildirir ki, ciddi zərər görən səkkiz rezervuardan ikisi dizel yanacağının saxlanması üçün istifadə olunurdu. Rezervlər limanların logistika zəncirində mühüm rol oynayır və onların mövcudluğu birbaşa neft ixracının həcminə təsir edir.

Baltikdəki digər mühüm liman – Ust-Luqa da bir neçə dəfə Ukrayna dronlarının hücumuna məruz qalıb və nəticədə neft ixracını müvəqqəti dayandırmaq məcburiyyətində qalıb. Peyk görüntüləri həmçinin göstərib ki, Ust-Luqa Oyl terminalında hər birinin həcmi 30 000 kubmetr olan səkkiz neft məhsulu rezervuarı yanğın nəticəsində zədələnib. Bu, terminaldakı rezervuarların təxminən dörddə birinə bərabərdir. Bəzi yanalma qurğularının da zərər gördüyü bildirilir.

Poliqon.info

 

Seçilən
21
poliqon.info

1Mənbələr