AZ

Şirvanda neyrocərrahi əməliyyatların icrasına başlanılıb

Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. 

“Cebheinfo.az” xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında neyrocərrahi əməliyyatların icrasına başlanılıb.

Əvvəllər əsasən paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində, o cümlədən paytaxtdan dəvət olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən bir sıra neyrocərrahi xidmətlər bundan sonra xəstəxanada yeni formalaşdırılmış komanda tərəfindən icra olunacaq. 

Pasiyent xəstəxanaya yerləşdirilərkən ona L5–S1 fəqərələri arasında yerləşən disk yırtığı diaqnozu təyin edilib və tibb müəssisəsinin həkim-neyrocərrahı Natiq Vəliyevin rəhbərliyi ilə mikrodiskektomiya əməliyyatının icrasına qərar verilib. 

Əməliyyatdan sonra pasiyentin vəziyyəti stabil olub, bərpa prosesində müsbət dinamika müşahidə olunub. 

Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
76
1
cebheinfo.az

2Mənbələr