AZ

Tramp İranı daş dövrünə qaytaracam dedi: gözlənilməz cavab gəldi FOTO

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran ABŞ Prezidenti Donald Trampın hədələrinə faktla cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi “IRNA” paylaşım edib.

Agentlik ölkənin Əhəmənilər imperiyasının sərhədlərinə qaytarılmasını təklif edib.

Nəşrdə İranın sözdə “daş dövrü” adlandırılan – daha böyük bir ərazini təsvir edən xəritə də yer alıb.

Bu xəritəyə müasir İran, İraq, Türkiyə, Suriya, Misir, Əfqanıstan, Pakistan və Zaqafqaziyanın bəzi hissələri daxildir.

“Siz onun bərpasında israr edirsinizmi?”, – deyə nəşrdə yazılıb.

Bir gün əvvəl Prezident Donald Tramp xalqa müraciətində bildirib ki, yaxın iki-üç həftə ərzində ABŞ İrana qarşı güclü zərbələr endirə və ölkəni yenidən “daş dövrünə” qaytara bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
globalinfo.az

1Mənbələr