Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk-Moskva reysi ilə hərəkət edən sərnişin qatarı relsdən çıxaraq aşıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 15 vaqondan ibarət olan qatarın 6 vaqonu relsdən çıxıb.
Ümumilikdə qatarda 415 nəfər olub. İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb, 8 nəfər yaralanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.