AZ

General yeni alyansın yaradılmasına çağırıb: NATO qorxaq görünür

ABŞ-ın istefada olan general-leytenantı Kit Kelloq bildirib ki, NATO-nun dəyişdirilməsinə ehtiyac ola bilər. Onun sözlərinə görə, alyans İranla bağlı münaqişə zamanı özünü qorxaq və qeyri-effektiv göstərib...

Poliqon xəbər verir ki, bu barədə Fox News yazır.

Kellog NATO müttəfiqlərini İranla bağlı vəziyyəti həll edə bilmədiklərinə görə tənqid edib və ABŞ-ın müdafiə sahəsində başqa tərəfdaşlara ehtiyac duya biləcəyini vurğulayıb: "NATO qorxaq görünür. Ola bilsin ki, bizə yeni NATO, yeni müdafiə strukturu lazımdır".

O, həmçinin Şimali Atlantika müqaviləsinin 13-cü maddəsini xatırladıb. Həmin maddəyə görə, istənilən üzv ölkə alyansdan çıxmaq barədə bildiriş verdikdən bir il sonra NATO-dan ayrılır.

Daha sonra Kelloq alternativ alyans formatları təklif edib: "Mövcud müdafiə ittifaqlarını yenidən nəzərdən keçirmək, bəlkə də Yaponiya, Avstraliya və döyüşə hazır olan bəzi Avropa ölkələri – məsələn, yenidən fəallaşan Almaniya və ya Polşa ilə yeni alyans yaratmaq. Hətta Ukrayna da özünü etibarlı tərəfdaş kimi sübut edib".

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo da alyansın vəziyyətini tənqid edib. Onun sözlərinə görə, NATO-nun hazırkı durumu narahatedicidir: "Onilliklər boyu NATO-nu çox vacib müttəfiq hesab etmişəm. Lakin onların passivliyini izləmək, öz cəmiyyətlərinə bunun əhəmiyyətini izah edə bilməmələri və ABŞ ilə İsrailin həyata keçirdiyi addımların təhlükəsizliyi necə artırdığını çatdıra bilməmələri göstərir ki, ABŞ müttəfiqlərini və onlardan nə gözlədiyini yenidən müəyyənləşdirməlidir".

The New York Times yazır ki, ABŞ prezidenti Donald Tramp yenidən seçildikdən sonra bir neçə dəfə NATO-dan çıxmaqla hədələyib. O, Avropa ölkələrinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulmamasından narazılığını ifadə edib. Məqalədə qeyd olunur ki, Trampın NATO-nu tənqid etməsi və alyansdan çıxmaqla bağlı bəyanatları təşkilatın zəifləməsi ilə nəticələnə bilər.

Rəsmilərdən birinin sözlərinə görə, ABŞ hazırda qlobal qeyri-sabitliyin bir hissəsinə çevrilib və artıq əvvəlki kimi problemlərin əsas həll yolu və son təhlükəsizlik təminatçısı rolunu oynamır.

Poliqon.info

Seçilən
33
50
poliqon.info

10Mənbələr