AZ

Rusiyada daha bir qatar qəzası: 7 vaqon relsdən çıxdı

Rusiyada Çelyabinsk–Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının yeddi vaqonu relsdən çıxıb. Qəza Ulyanovsk vilayətində, Bryandino stansiyası yaxınlığında baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

“Telegram RZD” kanalının yaydığı açıqlamada bildirilib ki, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Qəza səbəbindən hadisə baş verən ərazidə dəmir yolu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb və əraziyə operativ xidmətlərin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl də Rusiyanın Tambov vilayətində beş boş yük vaqonunun relsdən çıxması ilə bağlı İstintaq Komitəsi araşdırma başlatmışdı. Həmin hadisədə vaqonlardan birinin yük avtomobili ilə toqquşduğu bildirilirdi.

Hadisələrin səbəbləri araşdırılır.

Sara
NOCOMMENT.az

Seçilən
19
nocomment.az

1Mənbələr