AZ

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxdı - VİDEO

Ulyanovsk vilayətində 302 nömrəli Çelyabinsk-Moskva sərnişin qatarının yeddi vaqonu relsdən çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları ASC-nin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, hadisə Çerkassı rayonunda baş verib. 15 vaqondan yeddisi relsdən çıxıb və ümumilikdə qatarda 415 nəfər olub.

Təcili yardım xidmətlərinə hələlik mümkün itki və ya xəsarət barədə məlumat daxil olmayıb.  Qəza Bryandino stansiyası yaxınlığında baş verib. Təcili yardım xidmətləri hadisə yerinə gəlib və hərəkət dayandırılıb. 
 

Qeyd olunub ki, fövqəladə halın nəticələrini aradan qaldırmaq üçün Ulyanovsk, Buqulma, Sızran və Ruzayevka stansiyalarından bərpa qatarları göndəriləcək. 


Bundan əlavə, Rusiya Dəmir Yolları ASC-nin baş direktoru Oleq Belozerovun rəhbərlik etdiyi təcili yardım qrupu yaradıb.


Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr