AZ

Əraqçi: Mülki hədəflərə endirilən zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək

ABŞ və İsrailin mülki infrastruktur obyektlərinə endirdiyi zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, dağıdılmış bütün binalar və körpülər bərpa olunacaq: “Lakin heç vaxt bərpa olunmayacaq şey ABŞ-ın nüfuzuna dəyən zərərdir”.

Bundan əvvəl İran hakimiyyəti Kərəc şəhərində tikilməkdə olan körpüyə iki zərbə endirildiyini bildirmişdi. Hücum nəticəsində azı iki mülki şəxsin həlak olduğu qeyd olunur.

Seçilən
33
4
azerbaijan-news.az

10Mənbələr