"Real"ın istədiyi futbolçunun transfer dəyəri təəccübləndirdi
Mövsümün əvvəlində İspaniyanın “Albasete” komandasından Almaniya Bundesliqa təmsilçisi “Bayer Leverkuzen” klubuna transfer olan Kristian Kofanenin uğurlu oyunu diqqəti çəkib. Metbuat.az xəbər verir ki, 5,25 milyon avroya transfer edilən gənc futbolçu dəyərini xeyli artırıb. Məlumata görə, “Real Madrid” və “Arsenal” klubları futbolçunun xidmətində maraqlıdır.
Kamerunlu hücumçunun transfer dəyərinin 40 milyon avro olduğu bildirilir.