AZ

Moskva 13 xərçəng növünə qarşı dərman istehsalına başladı

Yazını böyüt
Yazını kiçilt

"Texnopolis Moskva" xüsusi iqtisadi zonasında fəaliyyət göstərən bir şirkət eyni vaxtda 13 müxtəlif xərçəng növünü müalicə etmək üçün istifadə ediləcək yeni dərman istehsalına başlayıb. Moskva meri Sergey Sobyanin, dərmanın xüsusilə melanoma (dəri) və ağciyər xərçəngi kimi ciddi xəstəliklərin müalicəsində istifadə ediləcəyini açıqlayıb.

Hafta.az yazır ki, Sobyaninin sözlərinə görə, dərmanın ən vacib xüsusiyyəti immun sistemini aktivləşdirməsi, bədənin xərçəng hüceyrələrini tanımasına və məhv etməsinə imkan verməsidir. Dərman Rusiya Səhiyyə Nazirliyinin klinik tövsiyələrinə daxil edilib və həyati əhəmiyyətli dərmanlar siyahısına əlavə edilib. Onun tezliklə Moskva xəstəxanalarında istifadəsi planlaşdırılır.

Dərmanın istehsalı şəhər administrasiyası ilə xüsusi müqavilə əsasında həyata keçirilir. Bu model dərmanı daha əlverişli qiymətə təmin etməyi və fasiləsiz təchizatı təmin etməyi hədəfləyir. İstehsalı həyata keçirən müəssisə ölkənin ən böyük biotexnologiya fabriklərindən biridir və əvvəllər lösemi, limfoma və revmatoid artrit kimi xəstəliklər üçün dərmanlar hazırlayıb.

Seçilən
48
hafta.az

1Mənbələr