AZ

Ermənistanda məktəb direktoru “artsax” “bayrağı”na görə işdən çıxarıldı...-FOTO 

Ermənistanın Armavir vilayətinin qubertnatoru Sardarapat icma məktəbinin direktoru Karine Smbatyan bu yaxınlarda  1991-ci ildən bəri Kremlin dəstəyi ilə qondarılmış və 2023-cü ildən Azərbaycan ərazisində köklü-köməcli ləğv edilmiş separatçı-terrorçu “artsax” rejiminin əski parçasını məktəbin "şöhrət guşəsindən" götürmədiyinə görə işdən çıxarılmasını tələb edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" qəzeti yazıb. 
 
Məlum olub ki, həmin “bayraq” 2016-cı-2020-ci illərdə Azərbaycanın Hadrut bölgəsindəki separatçı-terrorçu birləçmələr tərəfindən Sardarapat şagirdlərinə həm Aprel müharibəsi, həm də 44 günlük müddət ərzində həmin erməni əsgərlərə şirniyyat göndərmələrinə görə minnətdarlıq əlaməti olaraq göndərilib. Onlar da öz növbələrində əski parçasını məktəbin xüsusi “qəhrəmanlıq” guşəsində yerləşdiriblər. Lakin Təhsil, Elm və Ali Təhsil Nazirliyinin məktəblərə göndərdiyi son sirkulyardan sonra məktəb rəhbərliyi seçim qarşısında qalıb: ya “qəhrəmanlıq” guşəsini, o cümlədən “bayrağ”ın yığışdırılması, ya da direktor vəzifəsindən istefa vermək..
Əvvəlcə Armavir qubernatorunun müavini elçi kimi gedib, lakin Karine Smbatyana təzyiq göstərə bilməyib və əliboş qayıdıb. Daha sonra qubernator Vahram Xaçatryan şəxsən məktəbə baş çəkib və direktoru ya guşəni və "bayrağ"ı"  məktəbdən çıxarmağa, ya da özü vəzifədən getməyə çağırıb.
 
100 ildən çox davam edən və Rusiya tərəfindən dəstəklənən məlum “erməni xəstəliyi”dən müalicə olunmamış direktor Karine Smbatyan ikinci yolu seçib və dünən ərizəsində belə yazıb: “Vəzifə müvəqqətidir, vətən əbədidir. İşdən çıxarılmağım və ya vəzifəmi itirməyim inandığım və xidmət etdiyim hər şey üçün ən kiçik bədəldir. Tələbələrimizin mənəvi və vətənpərvərlik dəyərləri hücuma məruz qaldıqda mən susa bilmərəm. Bu gün müzakirə mövzusuna çevrilən bayraq sadəcə bir simvol deyil. Bu, qəhrəmanlarımızın əlləri ilə yazılmış tələbələrimiz üçün canlı bir xatirə, müqəddəslik və bir mesajdır. ...Cənab qubernator, məni vəzifədən uzaqlaşdıra bilərsiniz, amma vətənpərvərliyi ürəyimdən silə bilməzsiniz..."
 
Xatırladaq ki, son illər  Ermənistan analoji hadisələr dəflərlə olub. Məsələn, Hələ 2022-ci ildə  sözügedən əski parçasına görə Ədliyyə Nazirliyinin bir əməkdaşı işdən çıxarılıb.
 
P.S. Görünür, Ermənistanda Kremlin, “KQB”-“FSB”-“QRU” agentlərinin dəstəyi ilə hələ də davam edən məlum “eməni xəstəliyi”nin tam müalicəsi üçün baş nazir Nikol Paşinyana  Azərbaycan və Türkiyə tərəfndən ciddi dəstək gərəkdir...
 
S.Laçın 
 
Seçilən
20
1
moderator.az

2Mənbələr