Əfqanıstan hakimiyyəti Herat vilayətində qadınlar üçün müsəlman geyim qaydalarını sərtləşdirib.
Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Salam Vatandar" radiostansiyası məlumat yayıb.
Məlumata görə, Heratdakı Fəzilətin Təbliği və Rəzalətin Qarşısının Alınması Nazirliyinin idarə rəhbərliyi qadınlar üçün yeni üslub bələdçisi dərc edib. Sənəddə hicabın "geniş və diqqət cəlb etməyən" olması qeyd edilib.
"Əsas meyar başqalarının diqqətini çəkməyən, bədənə yapışmayan və geniş geyimdir. Dar geyimlər şəriət hicabı prinsiplərinə ziddir... Bu proses maarifləndirmə və dinc qarşılıqlı əlaqə yolu ilə təşviq ediləcək", - deyə idarə rəhbəri Əziz Ur-Rəhman Mühacir vurğulayıb.