AZ

Everestdə dağ bələdçiləri turistləri zəhərləməkdə ittiham olunur

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nepalda Everestdə dağ bələdçiləri və xilasedici şirkətlərin operatorlarını əhatə edən böyük dələduzluq sxeminin araşdırılması aparılır.

Bizimyol.info xəbər verir ki, polis məlumatına görə, 32 nəfər turistin sağlamlığına zərər verəcək maddələri gizlicə onlara verməkdə şübhəli bilinirlər. Məqsəd isə turistləri bahalı helikopter evakuasiyasına razı salmaq olub. Onlardan 11-i artıq həbs olunub.

Araşdırmalar göstərir ki, 2022–2025-ci illər arasında 4 782 xarici turist zərər görmüş ola bilər. 300-dən çox saxta evakuasiya hadisəsi aşkar edilib və sığorta şirkətləri ilə turistlər demək olar ki, 20 milyon dollar ödəyiblər.

Polisin versiyasına görə, bələdçilər soda, artıq su, az bişmiş ət, bəzi hallarda isə siçan nəcisi istifadə edib. Bu hərəkətlər dağ xəstəliyinin simptomlarını təqlid edib. Turistlər sonra dərhal dağdan enməyə və evakuasiyaya razı olmağa məcbur edilib.

Operatorlar saxta tibbi arayışlar və uçuş sənədlərindən istifadə edərək sığorta şirkətlərindən kompensasiya alıblar. Hətta bir neçə turist birlikdə daşınsa belə, hər biri ayrı-ayrı göstərilib ki, ödənişlər artırılsın.

Araşdırmalar göstərir ki, sxemdə yalnız bələdçilər deyil, həm də trek şirkətləri sahibləri, helikopter operatorları və yerli xəstəxana rəhbərləri iştirak edib. Mərkəzi Araşdırma Bürosunun rəhbəri Manodj Kumar KS bildirib ki, mövcud olan yumşaq cəza bu dələduzluğun inkişafına imkan yaradıb.

Əvvəllər sığorta şirkətləri xəbərdarlıq etmişdi ki, əgər sui-istifadələr dayandırılmazsa, Nepala səyahətləri sığortalamayacaqlar. Eyni zamanda, ekspertlər vurğulayır ki, turizm sektorunun əksəriyyəti dürüst çalışır və səyahətdən əvvəl şirkətlərin reputasiyasını diqqətlə yoxlamağı tövsiyə edirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
bizimyol.info

1Mənbələr