AZ

Makqreqorun qayıdışı fonunda həyəcan təbili çaldılar: Bu video onları niyə qorxudub?

UFC ulduzu Konor Makqreqor mümkün qayıdışı ilə yenidən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, irlandiyalı döyüşçünün yeni məşq videosu azarkeşlər arasında birmənalı qarşılanmayıb.

37 yaşlı idmançı sosial şəbəkədə ağır kisə ilə işlədiyi, zərbə seriyaları və kombinasiyalar nümayiş etdirdiyi görüntülər paylaşıb. Videoya əlavə etdiyi qısa, lakin diqqətçəkən şərh belə olub: “Zəhmət olmasa, cənab”.

Bəzi azarkeşlər əfsanənin məşqlərə qayıtmasından ruhlansa da, digərləri onun fiziki vəziyyəti ilə bağlı narahatlıqlarını gizlətməyib. Şərhlərdə Makqreqorun formasına və uzun fasilədən sonra ciddi döyüşə hazır olub-olmamasına dair şübhələr səsləndirilib.

Seçilən
81
publika.az

1Mənbələr