AZ

Günəşdə güclü alışma qeydə alınıb

BAKI, 3 aprel. TELEQRAF

Günəşdə aprelin 2-si axşam saatlarında güclü alışma baş verib.

Teleqraf xəbər verir ki, hadisə Günəş ləkələrinin 4404-cü qrupunda qeydə alınıb. Alışmanın gücü M3.5 sinfinə aid olub və 69 dəqiqə davam edib.

Bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilir ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. M sinfi güclü alışmalar kateqoriyasına daxildir və müəyyən hallarda Yerə təsir göstərə bilər.

Alimlər qeyd edir ki, belə alışmalar zamanı Günəş plazmasının atılması baş verə bilər və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Seçilən
101
38
teleqraf.com

10Mənbələr