AZ

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord səviyyəyə yüksələrək bir ton üçün 1900 ABŞ dollarına çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, reaktiv yanacağın qiyməti cümə axşamı günü rekord həddə yüksələrək bir tona 1900 dollar təşkil edib.
 

Məlumata əsasən, vəziyyət xüsusilə Böyük Britaniya üçün daha həssasdır. Belə ki, təyyarə yanacağının bahalaşması səbəbindən Hitrou hava limanında bəzi uçuşların ləğv edilməsinə başlanılıb.


Fransadakı hava limanları da risk qrupunda göstərilir. Bununla belə, nəşrin məlumatına görə, digər Avropa ölkələrində bir neçə aylıq yanacaq ehtiyatı mövcuddur ki, bu da vəziyyətin qısamüddətli təsirlərini qismən yumşalda bilər.

Bizim.Media

Seçilən
40
11
bizim.media

10Mənbələr