AZ

Uşaq bağçasında 4 azyaşlı bıçaqlandı

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uqandada 34 yaşlı kişi özünü valideyn kimi təqdim edərək uşaq bağçasına soxulub və 4 uşağı bıçaqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Kampaladakı "Ggaba Early Childhood Development Programme School"da baş verib.

Kampala polis idarəsinin sözçüsü Reyçel Kavala hadisə yerindən yayınan kişinin qısa zamanda saxlanıldığını bildirib. Hazırda polis nəzarətində olan cinayətkar tutulana kimi yaralanmış uşaqların yaxınlarının hücumuna tuş gəlib və möcüzə nəticəsində sağ qalıb. Onun bu əməlinin səbəbləri hələlik bəlli deyil.

Qeyd edək ki, bıçaqlanan uşaqlar 2-3 yaşlarındadır. Onlardan biri qız, üçü oğlandır. Həkim nəzarəti altında olan körpələrə həyati təhlükə yoxdur.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
525.az

1Mənbələr