AZ

"Putin Paşinyanın qapısına qol vurmağa çalışarkən avtoqola imza atmış oldu" - Şərh

"Paşinyanın Kremldəki davranışı mahiyyətcə 1996-cı ildə çeçen lider Yandarbiyevin prezident Yeltsinlə görüşdəki rəftarını xatırlatdı".

"Unikal" xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli səsləndirib.

"Futbol dili ilə ifadə etsək, Putin Paşinyanın qapısına qol vurmağa çalışarkən avtoqola imza atmış oldu. Paşinyan Putinin həmləsi qarşısında psixi müvazinətini qoruyaraq cəsarətli cavabları ilə qarşılıqlı əlaqələrdə patron-kliyent münasibətləri dövrünün artıq bitdiyini dünyaya nümayiş etdirdi", - deyə siyasi şərhçi bildirib. 

Onun sözlərinə görə, baş tutan dialoqu Ermənistan hökumət başçısının Rusiya ilə ikitərəfli münasibətləri bərabərhüquqlu zəminə oturtmaq istiqamətində apardığı çətin və ehtiyatlı siyasətin finalı kimi qiymətləndirmək olar:

"Bundan sonrakı mərhələdə (əgər Paşinyan seçkini udarsa), Rusiyanın Ermənistana qarşı təzyiq siyasətinə keçəcəyini gözləmək olar. Səfərdən saatlar sonra Rusiya baş nazirinin müavini Overçuk bunun anonsunu verdi".

Qeyd edək ki, Nikol Paşinyan aprelin 1-də Rusiyaya rəsmi səfər edib. 

Seçilən
38
37
unikal.az

10Mənbələr