Bu 2 rayona qatarla getmək mümkün olacaq
Əsgəran və Xocalıya da qatarla getmək mümkün olacaq. Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev deyib O bildirib ki, ADY Qarabağ və Şərgi Zəngəzurda dəmiryolu infrastruktunun yenidən qurulması ilə bağlı layihələri davamlı şəkildə həyata keçirir. Ağdam-Xankəndi dəmir yolunun üzərində 3 stansiyanın tikintisi nəzərdə tutulur. Qeyd edək ki, ötən ilin avqustunda Bakı-Ağdam-Bakı marşurutu üzrə qatarlar istifadəyə verilib. Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında: