Çində hərbi-texnoloji sahədə diqqət çəkən yeni inkişaf nümayiş etdirilib.
Musavat.com xəbər verir ki, Çin mediası 600 kiloqrama qədər yük daşıya bilən helikopter tipli ağır pilotsuz uçuş aparatının (PUA) görüntülərini yayıb.
Məlumata görə, yeni aparat logistik və hərbi məqsədlər üçün nəzərdə tutulub. Onun əsas üstünlüklərindən biri vertikal qalxma və enmə (VTOL) imkanına malik olmasıdır ki, bu da çətin relyefli ərazilərdə belə istifadəsini mümkün edir.
Bu tip PUA-ların xüsusilə döyüş bölgələrində sursat, texniki avadanlıq və digər yüklərin daşınmasında mühüm rol oynaya biləcəyi bildirilir. Eyni zamanda, təbii fəlakətlər zamanı humanitar missiyalarda da istifadəsi nəzərdə tutulur.
Yeni sistemin uçuş məsafəsi, idarəetmə texnologiyası və silahlandırılıb-silahlandırılmadığı barədə isə hələlik rəsmi detallı məlumat verilməyib.
Musavat.com