AZ

Ermənistanda partlayış - hərbçi həlak oldu

Ermənistan Müdafiə Nazirliyinin Armavir bölgəsinin Baqramyan icmasında yerləşən təlim poliqonunda partlayış baş verib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, 39 yaşlı digər hərbçi isə yaralanaraq hərbi hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Ölən və yaralananın şəxsiyyəti, eləcə də hadisənin baş vermə səbəbləri müəyyən edilir.

Seçilən
34
11
azreform.info

10Mənbələr