AZ

Levandovski də yığmasından gedir?

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Levandovski də yığmasından gedir?

Polşa millisinin kapitanı və bombardiri Robert Levandovski yığma karyerasını başa vurmağa hazırlaşır.

QOL.az xəbər verir ki, “Reuters”in məlumatına görə, 37 yaşlı hücumçu DÇ-2026-nın pley-off finalında İsveçə 2:3 hesabı ilə məğlubiyyətdən sonra millidən ayrılacağına işarə edib. O, oyundan sonra sosial şəbəkədə meydanı tərk etdiyi fotonu “Time to Say Goodbye” mahnısı ilə paylaşıb.

Futbolçu Polşa mətbuatına hazırda qəti qərar vermədiyini bildirib: 

“Hazırda danışacaq vəziyyətdə deyiləm. Kluba qayıdacağam, qarşıda oyunlar var. Özüm üçün qərar verməliyəm”.

Qeyd edək ki, 2008-ci ildən Polşa millisində çıxış edən və 2014-dən kapitan olan hücumçu 165 oyunda 89 qolla ölkə rekordçusudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
qol.az

2Mənbələr