AZ

Mart ayının ən yaxşı futbolçusunun adı açıqlanıb

Almaniya Bundesliqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu ada "Ştutqart" klubunun mərkəz hücumçusu Deniz Undav layiq görülüb. Müvafiq məlumat Almaniya çempionatının rəsmi saytında dərc olunub.

29 yaşlı hücumçu səsvermədə digər namizədləri – Jan Diomande (“Leyptsiq”), Paul Nebel (“Maynts”), Hennes Berens (“Haydenhaym”), İqor Matanoviç (“Frayburq”) və Konstantinos Kulierakis (“Volfsburq”) qabaqlayıb.

Ötən ay ərzində Deniz Undav Bundesliqada dörd oyunda iştirak edib və beş qol vurub.

Qeyd edək ki, Ştutqart komandası Almaniya çempionatında 27 turdan sonra 53 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

 

Seçilən
12
90deqiqe.az

1Mənbələr