AZ

ABŞ İranın Hörmüz boğazı yaxınlığındakı limanını vurdu

ABŞ İranın Hörmüz boğazı yaxınlığındakı limanını vurdu

Hörmüz boğazı yaxınlığında yerləşən Keşm adasında İrana məxsus ticarət limanı və bir körpü ABŞ və İsrail qüvvələrinin hücumuna məruz qalıb. 

AFN.az xəbər verir ki, İranın yarırəsmi ISNA xəbər agentliyinin Keşm Azad Zona Qurumuna istinadən yaydığı məlumata görə, hava zərbələri nəticəsində "Bəhmən" ticarət limanı və "Doha" balıqçı körpüsünə ciddi ziyan dəyib.

Hücum zamanı can itkisi və ya yaralananlar barədə hələlik rəsmi məlumat verilməyib. Bildirilib ki, adanın infrastrukturuna ziyan dəysə də, Keşm adasının elektrik şəbəkəsi hazırda sabit vəziyyətdə fəaliyyətini davam etdirir.

Hazırda ərazidə dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Seçilən
14
afn.az

1Mənbələr