AZ

Rusiyadan Donetskə hava zərbəsi: 9 mülki şəxs yaralandı

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 2-də günortadan sonra Rusiya hərbçiləri Ukraynanın Drujkivka şəhərinə universal planlaşdırma və korreksiya modulları ilə təchiz olunmuş dörd ədəd FAB-250 tipli hava bombası ilə zərbə endirib.

Turkustan.az xəbər verir ki, nəticədə doqquz mülki şəxs yaralanıb.

Bu barədə Donetsk Vilayət Prokurorluğu Telegram üzərindən açıqlama yayıb.

Bildirilib ki, hücum nəticəsində üç qadın (64, 75 və 77 yaşlarında) və 39–63 yaş aralığında altı kişi xəsarət alıb.

Zərərçəkənlərə mina-partlayış travmaları, qapalı kəllə-beyin xəsarətləri, beyin silkələnməsi, sınıqlar və qəlpə yaraları diaqnozu qoyulub. Onlara tibbi yardım göstərilir.

Kramatorsk Rayon Prokurorluğunun prosessual rəhbərliyi ilə müharibə cinayəti faktı üzrə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) cinayət işi başlanıb və məhkəməyəqədər istintaq aparılır.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
icma.az

2Mənbələr