AZ

Bakıda boks üzrə Böyük İpək Yolu turniri start götürüb

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

ABF prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətindən danışıb, turnirə güclü komandaların qatıldığını deyib.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən turnir aprelin 7-də başa çatacaq. Yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları güclərini yoxlayırlar. Kişi boksçular 10, qadınlar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

126 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 15:00-da başlayacaq.

Seçilən
41
10
fanat.az

10Mənbələr