AZ

"Barselona" maliyyə problemlərini geridə qoyur

style='margin-bottom:10px;'>

“Barselona”nın maliyyə göstəriciləri yeni rəhbərlik üçün ümidverici siqnallar verir.

QOL.az xəbər verir ki, “La Liqa”nın maliyyə qaydalarına əsasən, Kataloniya klubu beş illik çətinlikdən sonra "1:1" balansına çatmaq üzrədir. Joan Laportanın rəhbərlik etdiyi yeni idarə heyətinin ilkin hesabatına görə, 30 iyuna qədər gözlənilən gəlirlər təsdiqlənmiş 1,075 milyard avroluq büdcəni aşacaq. Bu, Çempionlar Liqasında 1/4 finala yüksəlməkdən (100,34 milyon avro) və sponsorluq, bilet satışlarındakı artımdan qaynaqlanır.

Maliyyə balansında Robert Levandovski və Andreas Kristensenin müqavilələri mühüm rol oynayır. Polşalı hücumçu ilə müqavilə yenilənməsə, klub 40 milyon avro qənaət edəcək. Yenilənərsə, maaş daha aşağı səviyyədə tənzimlənəcək ki, bu da “La Liqa”nın "1:1" qaydasına təsir etməyəcək.

Seçilən
68
1
teleqraf.com

2Mənbələr