AZ

Türkiyəyə məxsus C 130 u İsrailin vurduğunu deyən Perinçekə cinayət işi açıldı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Vətən Partiyasının sədri Doğu Perinçek Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğu haqda iddia səsləndirib.

Globalinfo.az xəbər verir ki, məsələyə münasibət bildirən Türkiyənin Milli Müdafiə Nazirliyi bununla bağlı hüquqi addım atıldığını açıqlayıb.

Bildirilib ki, Doğu Perinçekin iddialarına görə onun barəsində rəsmi olaraq şikayət edilib və hüquqi proses başlanılıb.

Nazirlik bəyan edib ki, dövlət təhlükəsizliyinə dair məsələlərdə əsassız və manipulyativ iddialara etibar edilməməli, yalnız rəsmi mənbələrdən verilən məlumatlara istinad olunmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
globalinfo.az

1Mənbələr