AZ

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

Rusiyada neft hasilatının azalması qaçılmazdır. Çünki Ukraynanın bu ölkənin liman infrastrukturuna, boru kəmərlərinə və neft emalı zavodlarına zərbələri ixrac imkanlarını gündə 1 milyon barel və ya ümumi gücün beşdə biri qədər azaldıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyinin sənayedəki üç mənbəyi məlumat verib.

Rusiyada neft hasilatının azalması Yaxın Şərqdəki münaqişə səbəbindən görünməmiş təchizat fasilələri ilə üzləşən qlobal bazarlarda onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq.

Son bir ay ərzində Ukrayna Rusiyanın neft ixracı infrastrukturuna hücumları gücləndirib. Dörd ildən çox davam edən müharibənin ən böyük PUA hücumlarında Ukrayna Rusiya iqtisadiyyatını zəiflətməyə çalışaraq Baltik limanları Ust-Luqa və Primorskı hədəfə alıb.

“Hazırda Rusiyanın ümumi ixrac potensialı ən azı 20 faiz azalıb ki, bu da mart ayında 40 faizlik pik göstəricidən xeyli aşağıdır”, - deyə “Reuters” yazır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azertag.az

2Mənbələr