AZ

Qardaşlarımız gəldi... – FOTO

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat paylaşılıb.
 

"14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı ilə keçiriləcək Heydər Əliyev-2026 təliminə qatılacaq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri ölkəmizə gəlib", - məlumatda bildirilib.


Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Umid körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.









Bizim.Media

Seçilən
51
bizim.media

1Mənbələr