AZ

İranın “qırmızı xətləri”: müharibənin bitməsi üçün 3 əsas şərt

Yaxın Şərqdə davam edən gərginlik fonunda İran münaqişənin dayandırılması üçün öz “qırmızı xətlərini” ortaya qoyub.

Musavat.com xəbər verir ki, bu barədə İranın Qahirədəki diplomatik missiyasının rəhbəri Müctəba Ferdousipur açıqlama verib.

Onun sözlərinə görə, Tehran vasitəçilər üzərindən qarşı tərəfə təqdim etdiyi təklif paketində üç əsas şərti ön plana çıxarıb. Bunlar İrana dəymiş ziyanın kompensasiya olunması, bütün sanksiyaların tam şəkildə ləğvi və gələcəkdə hərbi təcavüzün təkrarlanmayacağına dair beynəlxalq zəmanətlərin verilməsidir.

Diplomat vurğulayıb ki, bu tələblər İran üçün prinsipial xarakter daşıyır və yalnız onların yerinə yetirilməsi halında münaqişənin dayandırılması istiqamətində real addımlar mümkün ola bilər.

Musavat.com

Seçilən
10
1
musavat.com

7Mənbələr