AZ

Qəfil maşının qabağına çıxan piyada son anda ağır qəzadan qurtuldu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qayda pozan gənc piyada son anda qəzadan xilas olub. 

Avtosfer.az xəbər verir ki, hadisə aprelin 1-də səhər saatlarında baş verib. Kadrlardan görünür ki, piyada diqqətsiz davranaraq təyin olunmamış yerdən yolu keçir. Beləmki, o, avtobusun arxa hissəsindən qəfil çıxaraq yaxınlaşmaqda olan avtomobilə qəza təhlükəsi yaradıb. Xoşbəxtlikdən, gənc oğlan saniyə ilə maşına çırpılmaqdan qurtulub.

Hadisə bir daha xatırladır ki, piyada üçün təhlükəsizlik yalnız sürücülərin diqqətindən asılı deyil. Yolu yalnız işarələnmiş keçidlərdən keçmək və sürətli hərəkətdən çəkinmək həyatımızı qorumaq baxımından həyati əhəmiyyət daşıyır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
avtosfer.az

1Mənbələr