AZ

Bakıda pilləkəndə ölüm oyunu: Vətəndaşın yeraltı imtahanı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtdakı yeraltı keçidlərdə eskalatorların işləməməsi və ya tez-tez dayanması həm əhalinin hərəkət rahatlığını, həm də təhlükəsizliyini birbaşa təsir edir. Əsas sual isə ondan ibarətdir ki, belə nasazlıqlar yaşlılar, uşaqlar və hərəkət məhdudiyyəti olan şəxslər üçün hansı riskləri yaradır və qəza, yıxılma kimi halların qarşısını almaq üçün hansı preventiv tədbirlər tətbiq oluna bilər. Sistemli texniki baxışlar, müntəzəm xidmət və nasazlıq barədə ictimai məlumatlandırma bu sahədə əsas addımlar hesab olunur. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, əsas risklər yıxılma və travmalardır ki, bu, qəfil dayanma və ya sürüşkən pillələr zamanı baş verə bilər. "Sıxlıq və izdiham isə panika və əzilmə riskini artırır, alternativ çıxışların olmaması xüsusilə yaşlı və əlillər üçün çətinlik yaradır. Elektrik və mexaniki nasazlıq zamanı qəfil hərəkət və geriyə sürüşmə baş verə bilər, fövqəladə hallar zamanı isə evakuasiya gecikmələri ciddi təhlükə yaradır. Bu riskləri azaltmaq üçün müntəzəm qrafiklə plantexniki baxış və kalibrləmə işləri aparılmalı, nasazlıqları erkən aşkar edən real vaxt monitorinq sistemləri qurulmalı, ehtiyat mexanizmlər və manual idarəetmə, “stop” və işə salma funksiyaları ilə təmin edilməlidir. Aydın xəbərdarlıq nişanları və operativ bağlanma düymələri olmalı, alternativ çıxışlar daim işlək vəziyyətdə saxlanmalı, operator və texniki heyət müntəzəm təlimdən keçirilməli, dövlət standartlarına uyğun nəzarət və auditlər davamlı şəkildə həyata keçirilməlidir".Qeyd edək ki, Heydər Əliyev Sarayı qarşısındakı parkda yeraltı keçidlərdə yerləşən eskalatorların işləməməsi ilə bağlı sakinlərin narazılığı artıb. Onlar parkın baxımsız qaldığını, oturacaqların köhnəldiyini və fəvvarələrin vaxtında işləmədiyini bildiriblər. Nəsimi Rayon İcra Hakimiyyəti isə açıqlamasında eskalatorlarla bağlı aidiyyəti qurumlara müraciət edildiyini qeyd edib, digər iddiaların isə aparılan baxış zamanı təsdiqini tapmadığını bildirib.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr