AZ

Sərkisyandan Putinin açıqlamasına reaksiya: Paşinyanın yerinə onun keçməsini istəyir

BAKI, 2 aprel. TELEQRAF

“Dünən Putin-Paşinyan görüşünün açıq hissəsində Rusiya Prezidenti jurnalistlərin iştirakı ilə Ermənistan Baş nazirinə irad bildirərək qeyd edib ki, Ermənistanda Rusiya pasportu olan bir şəxs (Samvel Karapetyan) siyasətlə məşğul olmağa cəhd etdiyinə görə həbsdədir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” sədri Aram Sərkisyan deyib.

“Mən Rusiyanın qaydaları ilə tanışam, Rusiya vətəndaşlığı olan bir şəxsin başqa bir ölkədə baş nazir ola bilməyəcəyi barədə ona məlumat verilməməsini qeyri-mümkün hesab edirəm. Əminəm ki, görüşün açıq hissəsində Samvel Karapetyanın Rusiya pasportunun olmasına vurğu edilməsi imperiyaların əyalətlərə rəhbər təyin etmək məntiqinin təzahürüdür. Başqa sözlə, sizin daxili qanunlarınız və prosedurlarınız vacib deyil, vacib olan imperatorun istəyidir. Bu, Rusiyanın Ermənistana qarşı ümumi münasibətidir.

Bu gün - Ermənistan-Rusiya münasibətlərində tabeçilik statusundan çıxmağa çalışdığımız vaxtda Moskva özünəməxsus sərt addımlar ata bilər. Bu kontekstdə, Putinin qazın qiyməti, ticarət dövriyyəsi və Rusiyada yaşayan ermənilərin sayı barədə danışması, Ermənistandakı seçkilərin onların istəklərinə uyğun getməməsi halında bu amillərin dəyişə biləcəyinə işarə etməsi təsadüfi deyil. Bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk da elan etdi ki, əgər Rusiya şirkətlərinin Ermənistanda olması şübhə altına alınarsa, onlar da Rusiyada erməni bizneslərinin mövcudluğunu qadağan edə bilərlər”, - o bildirib.

Partiya sədri digər məqamlara da diqqət çəkib:

“Əminəm ki, bu cür təhdidlərlə Serj Sərkisyanı fikrindən daşındırıblar, Ermənistanın qaz kəmərini də bu cür əlimizdən alıblar və gələcəkdə də Ermənistanla belə davranmağa, onu koloniyaya çevirməyə hazırlaşırlar. Həmçinin Vladimir Putin-Robert Köçəryan münasibətlərinin kimyasının dəyişməsi də açıqdır, çünki Ermənistan baş naziri vəzifəsinə iddialı bir tərəfdaşın varsa, başqa namizədi reklam etməyin nə mənası var?

Əziz xalqım, Ermənistanın müstəqilliyi və suverenliyi sizin əlinizdədir. İyunun 7-də Rusiyanın emissar partiyalarına səs verməyin. Bu, Rusiya İmperiyasını dövlətçiliyimizi və sizin fikrinizi nəzərə almağa məcbur edə biləcək unikal fürsətdir”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr