İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ və İsrailin Tehrandakı Pasteur İnstitutu (İran)-na zərbə endirdiyini iddia edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hadisə “yürek parçalayan, qəddar və tamamilə rüsvayedici” xarakter daşıyır.
Bəqai bildirib ki, sözügedən institut Yaxın Şərqin ən qədim və ən nüfuzlu tibb-tədqiqat mərkəzlərindən biridir və 1920-ci ildə Pasteur İnstitutu ilə İran hökuməti arasında bağlanan saziş əsasında yaradılıb.
İran rəsmisi vurğulayıb ki, bu cür obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Musavat.com