AZ

Qaçaq malları keçirib şampan içdilər – Gömrükdə qalmaqal – VİDEO

İstanbul Hava Limanında gömrük ərazisindən ətir, eynək və ayaqqabı kimi məhsulları qaçaqmalçılıq yolu ilə çıxarıb bazara payladıqları iddiası ilə dörd gömrük əməkdaşı saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, saxlanılan şəxslərin şampanla bayram etdiklərini əks etdirən görüntülər də ortaya çıxıb.

İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyinin əməkdaşları tərəfindən aparılan araşdırma çərçivəsində İstanbul Hava Limanında çalışan dörd gömrük əməkdaşı izlənilib. Araşdırmalar nəticəsində şübhəlilərin vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif məhsulları gömrük ərazisindən qanunsuz şəkildə çıxarıb bazara payladıqları müəyyən edilib.

Şübhəlilərə qarşı keçirilən əməliyyat çərçivəsində beş fərqli ünvanda axtarış aparılıb. Axtarış zamanı 90 qutu siqaret, 83 ədəd ətir, 77 ədəd eynək, 33 cüt ayaqqabı, müxtəlif şərf və çantalar, 21 şüşə spirtli içki, 2 ədəd qulaqcıq və tanınmış markaya məxsus qol saatı aşkar edilərək müsadirə olunub.

Digər tərəfdən, təhlükəsizlik kameralarına düşən görüntülərdə şübhəlilərin gömrük ərazisindəki qutulardan çıxardıqları spirtli içkiləri açaraq əyləndikləri və şampan içərək bunu qeyd etdikləri anlar da yer alıb.

Hazırda saxlanılan dörd nəfər polis bölməsində dindirilir, faktla bağlı araşdırma davam etdirilir.

Sara

Seçilən
58
nocomment.az

1Mənbələr