Sumqayıtda yağışın yaratdığı fəsadlar hələ də davam etməkdədir.
Hadisədən dərhal sonra ərazi təhlükəsizlik məqsədilə lentlə bağlansa da, aradan bir neçə gün keçməsinə baxmayaraq hələ də heç bir təmir-bərpa işlərinə başlanılmayıb.
Sakinlərin sözlərinə görə, yolun çökmüş hissəsi genişlənərək daha təhlükəli hala gəlib. Sözügedən problem həm həyati təhlükə yaradır, həm də gündəlik hərəkətə ciddi təsir edir.
Vətəndaşlar aidiyyəti qurumlardan tezliklə yolun bərpasını tələb edirlər.